Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 826 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 232 nəfər müalicə olunaraq sağalıb, hazırda 321 aktiv xəstə var. Bu günə qədər 10 009 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 846, bu günə qədər isə ümumilikdə 7 436 506 test icra olunub.
Sevinc