Dünya Turizm Təşkilatı üzv ölkələrin turizm sahəsində əldə etdiyi uğurların statistikasını təqdim edib.
Newscenter.az xəbər verir ki, statistikaya əsasən, Türkiyə 2022-ci ildə ən çox turist səfər edən ilk üç ölkədən biri oldu. Belə ki, Türkiyə 51 milyon turist qəbul etməklə Fransa və İspaniyadan sonra üçüncü yeri bölüşdürüb. Nəticə etibarilə, Türkiyə turist sayına görə Amerika və İtaliyanı üstələyib.
Dünya Turizm Təşkilatının hesablamalarına görə, 2022-ci ildə ümumilikdə 1 milyard insan səyahət edib.
Mehman