Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha səkkiz avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Newscenter.az-ın məlumatına görə, “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, sülhməramlılara məxsus 2 minik və 6 təminat avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.