"Bu il meşə-bərpa tədbirləri çərçivəsinə 3 milyon ədəd ağacın əkilməsi, həmçinin 4-5 milyon ədəd tingin yetişdirilməsi nəzərdə tutulub".
Newscenter.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda nazirliyin regional idarələrinin tabeliyində 7 meşə regional tinglik sahəsi var: "Bu il üzrə konkret planlar var. 1200 hektar əkin işləri aparacağıq. Bu istiqamətdə müvafiq işlərə başlanılıb".
O xatırladıb ki, ötən il 14 hektar ərazidə 21 növ üzrə 5 tondan çox toxum səpilib.
Sevinc