“Qaz İxrac” İdarəsinə məxsus "Azadkənd-İmişli" yüksək təzyiqli magistral qaz kəməri üzərində olan “Qaratəpə əhali” qaz ölçü qovşağındakı qaz sayğacında yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar, 07.01.2023-cü il tarixində saat 14:00-dan 16:00-dək “Qaratəpə” QPS-dən qidalanan “Qaratəpə əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, qısamüddətli təmir işləri zamanı Saatlı rayonunun Günəşli, Azadkənd, Çolpı, Fətəlikənd, Qarayevkənd və Xanlar kəndlərinin, Sabirabad rayonunun isə Xəlfəli, Axtaçı, Nizami, Şəhriyar kəndlərinin, həmçinin Şəhriyar və Rüstəmli Qaçqın şəhərciklərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mehman