Rusiyanın birtərəfli şəkildə atəşkəs elan etməsi əlavə qüvvələrini səfərbər edərək yeni hücumlara hazırlaşmaqdır. Ukraynanın əks-hücumları və təşəbbüsü ələ alması fonunda belə bir atəşkəs Ukraynanın maraqlarına cavab vermir. Atəşkəs yalnız Rusiya ordusunun Ukrayna ərazilərindən qrafiklə çıxması fonunda Kiyevin maraqlarina cavab verir.
Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, V. Putin R. Tayyib Ərdoğandan xahişi belə bir situasiyanı yaratdı. Son günlər Ukraynanın ciddi hücumlari V. Putini atəşkəsə getməyə məcbur edib. Bu, Rusiyanın məğlubiyyətidir:
"Rusiyanın təklif etdiyi şərtlər fonunda atəşkəs danışdıqlar real görünmür. Ümumiyyətlə, Vaşinqton da atəşkəsi qəbul etməyəcək. Aktiv döyüş əməliyyatları yenidən daha da kəskin şəkildə davam edəcək".
Mehman