Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir şirkət Vasif Talıbovdan alındı və adı dəyişdirildi

Daha bir şirkət Vasif Talıbovdan alındı və adı dəyişdirildi


Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib.

Artıq şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq.

Newscenter.az xəbər verir ki, faktı APA-ya şirkətdən təsdiqləyiblər.

Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.

Qeyd edək ki, “Gəmiqaya Holdinq” Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq”in prezidenti olub.
Xəbəri paylaş