Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhalinin rifah halının yaxşılaşdırılması dövlətimizin sosial-iqtisadi siyasətinin mühüm prioritetlərindəndir

Əhalinin rifah halının yaxşılaşdırılması dövlətimizin sosial-iqtisadi siyasətinin mühüm prioritetlərindəndir


“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı ilk sərəncamlardan biridir. Bu isə bir il ərzində də əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımların davam edəcəyini deməyə əsas verir. Son beş ildə həyata keçirilən 4-cü islahat paketi də təsdiqləyir ki, dövlət siyasətinin mərkəzində vətəndaş və onun maraqlarının, rifahının təmin olunması dayanır."

Newscenter.az xəbər verir ki, bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva qeyd edib ki, sərəncamın əhatə dairəsi də olduqca genişdir: "Minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min işçini əhatə edəcək. Belə ki, minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqları da artacaq. Minimum pensiyanın 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması da nəzərdə tutulur. Sevindirici haldır ki, 100 minədək şəxsin minimum aylıq pensiyası 240 manatdan 280 manata çatdırılacaq.

2023-cü ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulması da təqdirəlayiqdir və bu artımlar 2 milyona yaxın vətəndaşın rifahının yaxşılaşması deməkdir."

Deputat qeyd edib ki, ümumiyyətlə, əhalinin rifah halının yaxşılaşdırılması dövlətimizin sosial-iqtisadi siyasətinin mühüm prioritetlərindəndir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması istiqamətində ardıcıl addımlar atılır.

Xüsusi qeyd olunmalıdır ki, sosial xarakterli fərman və sərəncamlar demək olar, əhalinin bütün təbəqələrini əhatə edir. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum əməkhaqqı, pensiyalar da mütəmadi olaraq artırılır. Uğurla həyata keçirilən sosial islahatlar paketi milyonlarla vətəndaşın rifahının ciddi şəkildə yaxşılaşmasına imkan yaradır.
Xəbəri paylaş