Ölkə daxilində baş verən etirazları xüsusi amansızlıqla yatırmağa çalışan, öz xalqına qarşı qətliyam törədən fars rejimi Azərbaycana qarşı növbəti təxribat həyata keçirdi.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə çıxış edib. O bildirib ki, SEPAH-ın yayımladığı videoçarxda Azərbaycanla sərhəddə bir qrup uşağ tərəfindən ölkəmizə və İsrailə qarşı təhdid məzmunlu mahnı səsləndirilir:
"Məsələnin siyasi yönünü təhlil etməzdən öncə onu qeyd etmək istəyirəm ki, molla rejiminin siyasət və yaxud dövlət idarəçiliyi ilə heç bir əlaqəsi olmayan orta məktəb şagirdlərini özlərinin çirkin siyasi əməllərinə alət etmələri rejimin mahiyyətini və ölkənin hansı tip siyasətlə idarə olunmasının nümayişidir".
AVP rəsmisi qeyd edib ki, Azərbaycan və İsrail arasında münasibətlər çox yüksək səviyyədədir:
"Xüsusilə ikinci Qarabağ müharibəsi zamanı rəsmi Təl- Əvivin ölkəmizə verdiyi dəstək iki ölkə arasında olan münasibətlərin yeni müstəvidə inkişaf etdirilməsinə təkan verdi. Ümumiyyətlə rəsmi Bakı ilə Təl-Əvivin yüksək səviyyəli əməkdaşlığı digər müsəlman dövlətlərinin İsrailə baxışını dəyişir. Təsadüfi deyil ki, Azərbaycan bir çox müsəlman dövlətinin İsraillə əlaqələrinin qurulmasında vasitəçi kimi çıxış edir. Cənub qonşumuz İranın ölkəmizə qarşı düşmənçilik siyasətinin kökündə dayanan səbəblərdən biri də budur. Çünki Tehran hakimiyyəti uzun illərdir ki, İsrail düşmənçiliyi adı altında, xüsusilə Yaxın Şərqdə özünə mövqelər qazanır və bundan ən çox zərər görəndə məhz müsəlmanlardır. Xüsusilə Fələstin, Livan və Suriyada yaşayan müsəlmanlar".
Pərviz Mirizadə bildirib ki, rəsmi Tehranın bu kimi təhdid xarakterli addımları heç bir halda nə Azərbaycanı, nədə İsraili qorxutmur və fars rejimi də bunun fərqindədir:
"Rejimin bu kimi addımları bir mənalı şəkildə daxili auditoriyanın gözündən pərdə asmaq cəhdlərindən başqa bir şey deyil. Onu da bilmək lazımdır ki, Əgər İran Azərbaycan və İsraili vurmaq iqtidarında olsaydı, bunu çoxdan etmiş olardı. Zatən rəsmi Təl-Əviv vaxtaşırı olaraq İranın Yaxın Şərqdəki mövqelərinə, xüsusilə Suriyada olan hərbi bazalarına aviazərbələr endirir və nəticədə yüzlərlə İran millisi və SEPAH üzvləri bu zərbələr nəticəsində həyatını itirir və molla rejimi buna heç bir qarşılıq verə bilmir. Bütün bunların əvəzində molla rejimi Azərbaycanla sərhəddə İsraili axtarmaqla özünü gülünc vəziyyətə salır".
Mehman