Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Suraxanı rayonunda ümumi uzunluğu 16 km-dən çox olan 13 küçə təmir olunub.
Newscenter.az Agentliyə istinadən xəbər verir ki, bu çərçivədə təmir işləri rayon üzrə Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan məhlədaxili yollarında (1000 metr), Mərkəzi küçəsində (1300 metr), Bülbülə qəsəbəsində Samir Əliyev küçəsində (600 metr), Qaraçuxur qəsəbəsində Şərq yaşayış massivinin yollarında (3900 metr), Əmircan qəsəbəsinin uzunluğu Zeynal Zeynalov (1000 metr) və Atamoğlan Rzayev küçələrinin məhəllədaxili yolarında (650 metr), Zığ qəsəbəsində İdris Süleymanov (1000 metr) və Hətəm Allahverdiyev (1000 metr) küçələrində, Dədə Qorqud yaşayış massivinin məhəllədaxili yollarında (1400 metr), Hövsan qəsəbəsində Məktəbli (1300 metr), Oqtay Şabanov (1200 metr) küçələrinin və Südçülük yaşayış massivinin məhəllədaxili yollarında (1000 metr), Dənizkənarı küçəsində (1000 metr) əsaslı təmir işləri aparılıb.
Adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir olunub.
Sevinc