Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Topxana meşəsində palıd, vələs, dağdağan ağacları əkilib

Topxana meşəsində palıd, vələs, dağdağan ağacları əkilib


"1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanıb, ərazidə palıd, vələs, dağdağan ağacları əkilib".

Newscenter.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, artıq həmin ərazidə ötən il yeni ağacların əkilməsinə başlanıb:

"Həmçinin ərazidə ağac toxumları da səpilib. Bu proses davam edəcək və Topxana meşəsi bərpa ediləcək. İlkin olaraq həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkmişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları meşədə təhlil aparır. Təhlilin nəticəsindən asılı olaraq aidiyyəti qurumlara təkliflər göndəriləcək.

Nazirlik əməkdaşları tərəfindən həmçinin Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması prosesi həyata keçirilir. Azad olunan ərazilərdə əkilməsi üçün Türkiyədən 49 min ting gətirilib".
Xəbəri paylaş