Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Konqresinin Nümayəndələr Palatasına yeni sədr seçilib

ABŞ Konqresinin Nümayəndələr Palatasına yeni sədr seçilib


Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının (Aşağı Palata) yeni sədri seçilib.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, məlumatı ABŞ KİV-ləri yayıb.

ABŞ-ın Kaloforniya ştatını təmsil edən Respublikaçılar Partiyasının nümayəndəsi bu postda erməni lobbisinin istəklərinin qatı müdafiəçisi Nensi Pelosini əvəzləyəcək.

K.Makkartinin Azərbaycan, Türkiyə və Ermənistana münasibətdə loyal və tərəfsiz mövqedə olduğu bildirilir.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 118-ci çağırışına dörd gündür yeni sədr seçilə bilmirdi. Nəhayət K.Makkarti 15-ci cəhddə 216 səs toplayaraq bu posta yiyələnməyə nail olunub.

Xatırladaq ki, Kevin Ouen Makkarti 1965-ci il yanvarın 26-da Kaliforniya ştatının Beykersfild şəhərində anadan olub. O, 2019-cu ildən ABŞ Nümayəndələr Palatasında azlıqların iideridir. Respublikaçılar Partiyasının üzvü əvvəllər, 2014-2019-cu illərdə Nümayəndələr Palatasında çoxluqların lideri olub.
Xəbəri paylaş