Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan rəsmilərinin qeyri-rəsmi dialoq qurduğu Qarabağ ermənisi

Azərbaycan rəsmilərinin qeyri-rəsmi dialoq qurduğu Qarabağ ermənisi


Qarabağdakı işğal tör-töküntüləri arasındakı intriqada Vitali Balasanyanın yerinə Ararat Melkumyan "təyin edilib". Balasanyanın Melkumyanla əvəz edilməsi bir neçə baxımdan Azərbaycan üçün neqativ sayıla bilər.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy səsləndirib. O bildirib ki, Balasanyan həm əvvəllər, həm də son dövrlərdə Azərbaycan rəsmilərinin qeyri-rəsmi dialoq qurduğu Qarabağ ermənisi idi:

"Laçın və Zabuğun boşaldılmasında faydası olub. Balasanyan həm də Vardanyana qarşı fiqur kimi diqqəti cəlb edirdi. Bu mənada mövcud vəziyyətdə və qısa perspektivdə Balasanyanın gedişi Azərbaycan üçün Qarabağ erməniləri arasında güc balansına təsir göstərmə və qeyri-rəsmi dialoq aparma baxımından neqativ məna kəsb edir".

Nazim Cəfərsoy onu da deyib ki, ancaq uzun vədədə bu addımın necə nəticə doğuracağını gözləmək lazımdır:

"Burada öncəliklə Azərbaycanın qərarlı və ağıllı siyasəti önəmlidir. İkincisi, Qarabağda Paşinyan dəstəkli Arutunyan ilə Vardanyan arasında güc mübarizəsinin gedişatı önəmlidir. Üçüncüsü, Balasanyanın gələcək addımları da önəmlidir".

QAFSAM-ın sədr müavini hesab edir ki, Azərbaycan bu prosesdə ölkəmizə qarşı xüsusilə radikal mövqeyi ilə seçilən və ən çox səsi çıxan bu cinayətkar qruplaşmaların nümayəndələrinə qarşı davamlı müxtəlif anti-terror və psixoloji əməliyyatlar keçirməlidir.

Anar
Xəbəri paylaş