Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni və fransız millətçiləri xalqlar arasında nifaq yaradırlar

Erməni və fransız millətçiləri xalqlar arasında nifaq yaradırlar


"5 yanvar 2023 - cü il tarixində Fransada nəşr olunan "Charlie Hebdo" satirik jurnalı "Pantürkizm yenə erməni meyitləri üzərində möhkəmlənmək istəyir"başlıqlı yazı dərc edib. Həmin yazının mahiyyətində Azərbaycan və Türkiyəyə qarşı böhtan dolu məlumatlar yer alıb. İndiki məqamda Cənubi Qafqazda gərginliyi artırmaq, millətlər arasında qarşıdurmanı dərinləşdirmək, regionda sülhün təmin olunmasına mane olmaq kimlərin maraqlarına xidmət edir?! Övladlarını itirən, mərhumiyyətlərə məruz qalan xalqlar müharibədən bezib. Xüsusilə, ll Qarabağ müharibəsindən sonra həm sadə erməni həm də Azərbaycan xalqı dinc şəraitdə yaşamağa üstünlük verir. Aralarında sülh müqaviləsi bağlamaq istiqamətində Rusiyada, Avropada rəsmi səviyyədə bir neçə dəfə görüşərək bu xoş niyyətə nail olmağa çalışıblar".

Newscenter.az xəbər verir ki, bu fikirləri Haqq Ədalət Partiyasının sədrinin siyasi məsələlər üzrə müşaviri Qəvami Sadıqbəyli səsləndirib. O bildirib ki, lakin hər dəfə imperialist xislətli siyasətçilər Cənubi Qafqazda, konkret olaraq Qarabağda Azərbaycan və Ermənistan arasında SÜLHÜN əldə edilməsinə mane olublar və bu gün də mane olurlar:

"Fransa nəşri olan "Charlie Hebdo"nun səhifələrində islam - türk dünyasına nifrət aşılayan yazının yayımı bunu bir daha sübut edir. Azərbaycan Mətbuat Şurası məlum yazıya operativ bəyanatla cavab verib".

Partiya rəsmisi qeyd edib ki, Haqq Ədalət Partiyası Azərbaycan Mətbuat Şurasının Fransa nəşrinin millətlər arasında təfriqə yaradan mövqeyini pisləyən bəyanatı alqışlayır və müdafiə edir, respublikamızda KİV -ə, ümumilikdə mətbuat sferasına qayğı göstərən Ali qurumun xaricdən ölkəmizə yönələn təxribat xarakterli məlumatlara cavab verməsini müsbət addım kimi qiymətləndirir:

"Vətəndaşlarmızı, ölkəmizdə fəaliyyət göstərən ictimai, siyasi qurumları Azərbaycan Mətbuat Şurasının Dövlətçilik mövqeyindən nümünə götürərək Prezident cənab İlham Əliyevin bölgəmizdə Sülhün bərqərar olması istiqamətində göstərdiyi fəaliyyətinə dayaq olmağa çağırır".

Anar
Xəbəri paylaş