Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstan Respublikasına “travertin daşları” yükü aparan “Mercedes-Benz” markalı yük avtomobili saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub. Bu zaman avtomobildə gizlədilmiş 65 ədəd bağlamada və 1 ədəd çay qutusunda ümumi çəkisi 2883,95 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Sevinc