Vardanyanın aeraport sayıqlamalarından aydın idi ki, Ermənistan və havadarları Qarabağdan təbii resurslarımızın oğurlanması və ən əsası bölgəyə silah daşınması üçün “humanitar yardım” adı altında hava koridoru formalaşdırmaq niyyətindədirlər.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva səsləndirib. Onun sözlərinə görə, indi də ermənistan rəsmilərinin açıqlamalarından tam aydın olur ki, bunun üçün Ermənistan Fransa cütlüyü BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmi nümayəndəliyi vasitəsi ilə təşəbbüslər edirlər:
"Deyəsən BMT Təhlükəsizlik Şurasındakı “təşəbbüslərinin” nəticələrindən ağıllanmayıblar.
Birinci, Azərbaycan ərazisindən hər hansı bir hava koridoru üçün Azərbaycanın razılığı olmalıdır və aydın məsələdir ki, biz buna imkan verməyəcəyik".
Yeganə Hacıyeva qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qərarı olmadan BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmi nümayəndəliyi bunu edə bilməz:
"Anladığımız Makron fransa dövlətinin işini gücünü atıb, bu böhranlı qış günündə xalqın başını “Qarabağa aclıq reality shows” ilə qatır. Paralel də Qarabağ silah daşınması və ən əsası da Vardanyanın ekoloji ressurslarımızın qanunsuz istismarı ilə törətdiyi iqtisadi cinayətlərinin idxal sxemlərini formalaşdırmaqla məşğuldur. Emmanuel Makron Qarabağın qızıl mədənlərinin qanunsuz işlənməsində Ruben Vardanyanla şərikdir?".
Mehman