"Miqrasiya Könüllüsü" İctimai Birliyi "Diplomatiya Məktəbi" adlı yeni layihə həyata keçirəcək. İctimai Birlikdən Newscenter.az-a verilən məlumata görə, layihə çərçivəsində 1 ay müddətində mütəxəssislər tərəfindən diplomatiyanın müxtəlif istiqamətləri üzrə təlimlər keçiriləcək.
Təlimlərin keçirildiyi müddətdə gənclər siyasi ideologiyaların əsaslarını, siyasi prosseslərin inkişaf xəttini öyrənəcəklər.
Layihədə iştirak ödənişsizdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalib layihələrindən biri olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tərəfdaşlığı ilə həyata keçirilir.
Mehman