Hindistanın “Marion Biotech” əczaçılıq şirkətinin bütün dərmanlarının Özbəkistanda satışı dayandırılıb, buna səbəb onların tərkibindəki zəhərli komponentlərin müəyyən edilməsi olub və onlardan 20 uşaq ölüb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Keyfiyyətə dərin nəzarət göstərib ki, bəzi dərman seriyalarında “Doc-1 Max” və “Ambronol” dərmanlarında propilenqlikol əvəzinə və ya onunla birlikdə etilenqlikol və dietilenqlikol aşkarlanıb. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və digər dərman vasitələrinin əlavə yoxlanılması məqsədilə 2022-ci ildə Özbəkistana idxal olunan bütün dərman vasitələrinin satışını dayandırıb”, - məlumatda vurğulanıb.