Türkiyənin şimalındakı Sarıkamış şəhərində hotelin damı uçub.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "CNN Türk" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, hotelin damının uçması nəticəsində xəsarət alanların sayı 32-ə çatıb. Nazir deyib ki, 23 nəfərə yerində tibbi yardım göstərilib, 9 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə Birinci Dünya Müharibəsi zamanı Sarıkamış döyüşünün 108-ci ildönümünə həsr olunmuş kütləvi tədbir zamanı baş verib.