Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıq müddətdə müalicə olunan qazi Mirdavud Tahirov şəhadətə qovuşub.
Newscenter.az xəbər verir ki, Astara rayonu Pensər kənd sakini olan Tahirov Mirdavud Asəm oğlu Azərbaycan Pedaqoji Universitetinin tələbəsi ikən Vətən müharibəsinə yollanıb.
Onun anası da müharibə vaxtı könüllü olaraq tibb bacısı kimi yaralılara yardım edib.
Mehman