Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abşeronda avtomobil qadın piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil qadın piyadanı vuraraq öldürüb


Abşeronda avtomobil qadın piyadanı vurub öldürüb.

DİN-in mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, yanvarın 7-də saat 19:30 radələrində Abşeron rayonu Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Mercedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Nəticə piyada hadisə yerində ölüb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib, saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Mehman
Xəbəri paylaş