BAO Dil-Tarix-Coğrafiya Qurumunun təşkilatçılığı ilə yanvarın 7-də baş tutan tədbir Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının İdeoloji məsələlər üzrə muavini və AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent, mərhum Dilavər Əzimliyə həsr edilmişdi.
Newscenter.az xəbər verir ki, Dilavər Əzimlinin əsərlərindən ibarət “Toplumdan seçilmişə doğru" kitabının təqdimatının keçirildiyi tədbiri çıxış sözü ilə BAO Dil-Tarix-Coğrafiya Qurumunun rəhbəri tarixçi Anar Can Kıtay açdı.
BAO başqanı Zahir Əlisoy, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı, Məhəmməd Muxtarlı, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, AMEA Tarix İnstitutunun əməkdaş, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov, Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının humanitar məsələlər üzrə muavini və AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, BAO üzvü şair Fəzail İsmayıl Böyükkişi, keçmiş BAO üzvü Nəcəfalı Cahangirli, BDU Azərbaycan tarixi kafedrasının magistri Nihad Məmmədli, jurnalist Rüfət Muradlı, BAO Mətbuat Xidmətinin rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Eldəniz Abbaslı çıxış etdi.
Çıxış edənlər Dilavər bəyin Azərbaycan tarix elmi qarşısındakı, eləcə də Bütöv Azərbaycan Ocaqlarında fəaliyyəti dövründəki xidmətlərindən danışaraq onunla bağlı xatirələrini bölüşdülər.
Çıxışçılar Dilavər Əzimlinin əsərlərindən ibarət “Toplumdan seçilmişə doğru" kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər.
Məlumat üçün bildirək ki, kitab AMEA Tarix İnstitutu tərəfindən hazırlanmışdır.
Kitabın elmi redaktorları AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun
"Azərbaycanın yeni tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, məsul redaktoru AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın sovet dövrü tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Elmar Məhərrəmovdur.
Əsərin tərtibçiləri AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı, AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyn və jurnalist Arzu Qazıyeva- Əzimovadır.
Ön sözün müəllifləri Arzu Qazıyeva-Əzimova, Əliyar Əzimova və Nərgiz Əzimıidir.
Onu da qeyd edək ki, Bütöv Azərbaycan Ocaqları (BAO) Dil-Tarix-Coğrafiya Qurumunun dəyirmi masaları ənənəvi olaraq hər həftənin şənbə günləri saat 15:00-da keçirilməyə davam edəcək.
Mehman