Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Bəhruz Məhərrəmov keçən il 26 dəfə vətəndaş qəbulu keçirib

Deputat Bəhruz Məhərrəmov keçən il 26 dəfə vətəndaş qəbulu keçirib


2022-ci il ərzində tərəfimizdən 26 dəfə vətəndaş qəbulu keçirilib, birbaşa görüşlərdə 306 nəfər iştirak edib. Ötən il ərzində seçicilərimizdən 261 yazılı müraciət daxil olub, səlahiyyətimiz daxilində olan 15 məsələ tərəfimizdən dərhal həll edilib, 25 müraciət qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün baxılmamış saxlanıb və bu barədə vətəndaşlara məlumat verilib.

Newscenter.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 2022-ci ildəki fəaliyyəti ilə bağlı yaydığı açıqlamada yer alıb. Millət vəkili qeyd edib ki, 221 müraciətlə əlaqədar isə aidiyyəti orqanlar qarşısında məsələ qaldırılıb, onlardan 208-i cavablandırılıb, 13-nün isə hələlik icraat müddəti bitməyib:

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunun 5-ci maddəsinə müvafiq olaraq 2022-ci il ərzində parlamentin keçirilmiş 37 plenar iclasından 20-də çıxış edərək dövlətçiliyin müdafiəsi, habelə seçicilərimizi və bütövlükdə cəmiyyəti narahat edən məsələlərlə bağlı mövqeyimizi ifadə etmişəm. Həmçinin, qanunvericiliyə uyğun olaraq tərəfimizdən seçicilərlə fəal iş aparılıb".

Deputat diqqətə çatdırıb ki, media və sosial media ilə iş deputat fəaliyyətinin həyata keçirilmə formalarından biridir:

"Ötən il ərzində tərəfimizdən 80-i internet TV, 85-i ənənəvi olmaqla 165 dəfə televiziya kanallarında, 54 dəfə dövrü mətbuatda, 1876 dəfə isə elektron mediada milli maraqlarımızın müdafiəsi, dövlətçilik mənafelərinin qorunmasını ehtiva edən müsahibə və çıxışlar yayımlanıb. Eyni zamanda gündəmdə olan məsələlər, habelə seçicilərimizi narahat edən problemlərlə bağlı facebook, instagram və twitter üzərindən 3136 paylaşımla sosial mediada aktivliyimizi qorumağa nail olmuşuq. Əmin ola bilərsiniz ki, ciddi ümidlərlə start verdiyimiz 2023-cü ildə də cənab İlham Əliyevin mövcud kursuna sadiq qalaraq, həm siyasi fəaliyyətimiz, həm də seçicilərlə iş istiqamətində səylərimizi daha da gücləndirəcəyik".

Anar
Xəbəri paylaş