103 saylı Gədəbəy seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sevinc Hüseynovanın təşəbbüsü ilə Gədəbəy rayonunda həyata keçirilən və iki il davam edən "Qadınların iqtisadi güclərinin artırılması yolu ilə ərzaq təhlükəsizliyi və kənd yerlərində yaşayış imkanlarının yaxşılaşdırılması" (WEP) layihəsinə yekun vurulub.
Newscenter.az xəbər verir ki, layihə çərçivəsində 4 qrup olmaqla 19 nəfər qadın istehsalçıya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən kənd təsərrüfatı avadanlıqları təqdim edilib.
Qeyd edək ki, layihə Gədəbəy rayonunda kənd təsərrüfatı ilə məşğul olan qadınların bu sahədə fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən həyata keçirilib.
Anar