Fars rejimi ölkədə davam edən etirazların qarşısını almaq məqasədilə insanları kütləvi şəkildə edama məhkum edir.
Newscenter.az xəbər verir ki, rejimin edam cəzasına tuş gələnlərdən biri də Həsən Firuzidir. Bu günlərdə edam ediləcək Həsən Firuzinin yaydığı səs yazısı Tehran rejiminin nə dərəcədə qansız olduğunu bir daha ortaya qoyub.
Belə ki, Həsən Firuzi edam edilmədən əvvəl dünyaya gəlmiş övladını görmək istədiyini bildirib. Onun səs yazısından məlum olub ki, Həsən Firuzinin övladı 18 gün əvvəl, o həbsxanada olarkən dünyaya gəlib. Ailə qurduqdan 10 il sonra övladı dünyaya gələn Həsən Firuzi onu edam cəzasının icra edildiyi saatlardan bir müddət əvvəl görə bilib.
Mehman