Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyalı hərbçilərin yerləşdiyi yataqxanaya zərbə endirilib, ölənlər var

Rusiyalı hərbçilərin yerləşdiyi yataqxanaya zərbə endirilib, ölənlər var


Ukraynanın Luqansk vilayətinin işğal altındakı Rubijne şəhərində səfərbər olunmuşların yataqxanasına zərbə endirib.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiya İdarəsi (Stratkom) teleqramda məlumat yayıb.

Məlumata görə, olay nəticəsində Rusiyanın 14 hərbçisi zərərsizləşdirilib: “Yaralıların sayı hələlik məlum deyil”.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sisteminin raketləri ilə Rusiyanın səfərbər olunmuş şəxslərin məskunlaşdığı binaya zərbə endirməsi sonucunda yüzlərlə hərbçi ölüb, bir o qədəri də yaralanıb.
Xəbəri paylaş