Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sədərək” Ticarət Mərkəzində yanğın zamanı polis əməkdaşı tüstüdən zəhərlənib

“Sədərək” Ticarət Mərkəzində yanğın zamanı polis əməkdaşı tüstüdən zəhərlənib


“Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.

Newscenter.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun müalicəsi davam etdirilir.

Daha əvvəl TƏBİB-dən bildirilib ki, yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, iki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.

Mehman
Xəbəri paylaş