Artıq 5 aya yaxındır ki, Xankəndidə əyləşən separatçı liderlər arasında ciddi şəkildə münaqişə baş qaldırmaqdadır. Sirr deyil ki, hazırki vəziyyətdə Vardanyan, Arutunyan, Balasanyan əsas fiqurlar kimi arxalarında müəyyən mafioz qruplara hakimlik etməkdədirlər.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Zaur Məmmədov deyib ki, Vardanyanın Qarabağa gəlişindən sonra Balasanyan və Arutunyan arasında iplər daha da qırılıb:
Dünən məlum olub ki, Vardanyan və Arutunyan hansılar ki, əslində separatizmin vaxtilə baş qaldırmasında və bu illər ərzində inkişaf etməsində Balasanyandan fərqli olaraq rol oynamayıblar , ikincini "hakimiyyət kürsüsündən" qovublar. Yeri gəlmişkən, Vardanyanın gəlişi ərəfəsində vaxtilə Azərbaycana qarşı sərt ritorikası ilə seçilən Vitali Balasanyan həqiqəti qəbul etməyə qismən sanki başlamaqda idi. Tərəflər arasında müəyyən təmaslarda məhz Balasanyan iştirak etmişdi. Əlbəttə ki, Azərbaycan və ermənilər arasında dialoqun başlanmasında maraqlı olmayan qüvvələr Araik Arutunyanın Balasanyan və bəzi digər qrupların öhdəsindən gələ bilməyəcəyini, sonunda Araikin də Bakının şərtlərini qəbul etməli olacağını başa düşdüklərindən B variantına əl ataraq Ruben Vardanyanı bölgəyə gətirdilər".
Zaur Məmmədov onu da diqqətə çatdırıb ki, dünən Balasanyanın kreslodan qovulması Qarabağın sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə erməni separatçıları arasında bütün rıcaqları əlinə almasının göstəricisidir .Ağdərəli Balasanyanın Xocavəndli Ararat Melkumyan ilə əvəz olunması gözlənilən idi. Araik Arutunyanın özü də məhz Hadrut- Xocavənd klanını təmsil edir:
"Beləliklə, Xankəndi, Ağdərə, Xocavənd klanları arasında soyuq küləklər əsdiyi bir vaxtda Vardanyanın başçılığı altında separatçıları əsl soyuq düş gözləməkdədir".
Anar