Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dövləti bütün azərbaycanlılar üçün dayaqdır

Azərbaycan dövləti bütün azərbaycanlılar üçün dayaqdır


Hər ötən il dövlət üçün müəyyən hadisələrlə tarixləşir. 2022-ci il İkinci Qarabağ mühari¬bə¬sin¬də qazanılmış Zəfərin davamını yaşatma, inkişaf etdirmə baxımından tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncmları ilə işğaldan azad edilmiş ərazilərdə geniş miqyasda quruculuq işləri uğurla aparılmağa başladı, aparılmaqdadır. Zəngilanın İkinci Ağa¬lı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı oldu. Doğma yurdundan uzaq düşənlər bir daha əmin oldular ki, onlar da yenidən qurulacaq kəndlərinə qayıdacaqlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dedi: “Böyük Qayıdış Proqramı uğurla icra edilir. Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Fü¬zuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin Baş planı təsdiqləndi və bir neçə kəndin təməlini mən şəxsən qoymuşam. Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq”.

İkinci Qarabağ müharibəsində məğlubiyyətini qəbul edə bilməyən, üçtərəfli bəyanatın tələb¬lərini yrinə yetirməyən məğlub Ermənistanın müharibədən sonrakı xarici siyasəti onun işğalçılıq niyyətinin hələ də davam etdiyinin təsdiqidir. Ermənistanı rəsmi, qeyri-rəsmi dəstəkləyən dövlətlər bunlara ciddi, bəşəri münasibət bildirmir. Unudurlar ki, Azərbaycan dövlət kimi güclü dövlətdir, onun ordusu da güclü ordudur. “Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qürurlu fikri Ermənistanı da, onun havadarlarını da düşün¬dür¬məlidir. .

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dedi: “Bu il Şu¬şada keçirilmiş Dünya Azərbaycan¬lı¬larının Qurultayı tarixi hadisə idi. Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır”. Bu kəlamlar dönməz həmrəyliyin dövlət tərəfindən necə dəstəkləndiyini ifadə edir...

2023-cü təqvim ilində də hər birimiz dövlət naminə, dövlətçilik naminə vətəndaşlıq vəzifələ¬ri¬mizi də, dövlətin müəyyənləşdirdiyi fəaliyyəti də səmimiyyət və məsuliyyətlə yerinə yetirəcəyik. 2023-cü ilin doğma ocaqlarına qayıdacaq vətəndaşların sevinc ili olacağına hamı kimi mən də əmi¬nəm. Ona da əminəm ki, 2024-cü ilin ilk günündə ölkə başçımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində neçə-neçə kəndin sakinlərini də qayıdış münasibətilə təbrik edəcəkdir...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş