“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Beynəlxalq Psixologiya Akademiyasının Elmi Şurasının qərarı ilə Akademiyanın “Fəxri doktor” diplomu ilə təltif edilib. Beynəlxalq Psixologiya Akademiyasının rektoru Valentina Kaçmala rəhbərlik etdiyi akademiyanın "Fəxru doktor" diplomunu təqdim etməkdən şərəf duyduğunu vurğulayıb.
Newscenter.az xəbər verir ki, Elmar Məmmədov ona verilən fəxri ada və göstərilən diqqətə görə Beynəlxalq Psixologiya Akademiyasının rəhbərliyinə və və Elmi Şura üzvlərinə öz minnətdarlığını bildirib.
Qeyd edib ki, bu ali mükafat iki ölkə arasındakı sıx dostluq münasibətlərinin göstəricisidir və Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün atılan addımlardandır. Dostluq və qarşılıqlı etimad şəraitində Ukrayna ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və yeni perspektivlərin yaranması üçün bundan sonra da imkan səy göstəriləcək.