Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-də çalışan azərbaycanlı gəncin vəzifəsi artırılıb-FOTO

BMT-də çalışan azərbaycanlı gəncin vəzifəsi artırılıb-FOTO


BMT-nin Macarıstanın paytaxtı Budapeştdəki Terrorla Mübarizə Agentliyində proqram meneceri vəzifəsində çalışan Vüqar Allahverdiyevin vəzifəsi artırılıb.

Newscenter.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, o, təşkilatın Filippinin paytaxtı Maniladakı Cənub-Şərqi Asiya üzrə regional nümayəndəliyinin rəhbəri təyin edilib.

V.Allahverdiyev əmək fəaliyyətinə 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı Ofisində başlayıb, 2014-cü ildə təşkilatın ABŞ-ın paytaxtı Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri çalışıb, 2021-ci ildə Terrorla Mübarizə Agentliyinə təyinat alaraq terrorçuların səyahətlərinin qarşısının alınması üzrə proqrama rəhbərlik edib.

Xəbəri paylaş