Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşiniyan ciddi səylə Rusiyanın təsirindən uzaqlaşmaq istəyir

Paşiniyan ciddi səylə Rusiyanın təsirindən uzaqlaşmaq istəyir


Ermənistanda "Rusiya Azərbaycan və Türkiyənin müttəfiqidir, ar olsun belə müttəfiqə, Rusiya və KTMT- yə yox kimi şüarların səsləndirildiyi mitinq keçirilib. Ən maraqlısı odur ki, həmin aksiya İrəvanda deyil, Gümrü şəhərində 102 - ci bazanın qarşısında keçirilib. Aksiyanın keçirilmə yeri və səsləndirilən şüarlara nəzər yetirdikdə görürük ki, mitinq planlı şəkildə hakimiyyət tərəfindən təşkil olunub. Heç kimə sirr deyil ki, baş nazir Nikol Paşiniyan ciddi səylə Rusiyanın təsirindən uzaqlaşmaq istəyir və bu addımı da, ölkəsində olan rus varlığını sonlandırmaq cəhdlərindən biri kimi qiymətləndirmək olar.

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, lakin Paşiniyanın bu kimi həmlələri ölkəsi üçün ağır nəticələrə səbəb ola bilər:

"Çünki Ermənistanda bir çox həyati əhəmiyyətli sahələr Rusiyanın mülkiyyətindədir və ən əsası Ermənistan təhlükəsizlik məsələlərində bir mənalı şəkildə Rusiyadan asılıdır. Ermənistanın sərhədlərini rus hərbiçiləri qoruyur. Rəsmi Moskva bu istiqamətlərdən İrəvan hakimiyyətinə hər hansı bir təsir etsə, Ermənistanın dövlət olaraq varlığı şüphə altına düşər. Paşiniyan şübhəsiz ki, Qərbə güvənərək bu kimi siyasi gedişlər edir. Çünki ilk öncə Pelosi vasitəsilə ABŞ, daha sonra Fransa İrəvan hakimiyyətinə şirnikləndirici vədlər verdilər. Lakin biraz geniş baxdıqda görürük ki, Qərb Ermənistana tam dəstək vermir və verilən vədlər elə vəd olaraq da qalır. Paşiniyan isə Qərbdən xüsusilə ABŞ- dan öz məqsədlərinə çatmaq üçün dəstək gözləyir. Ancaq indiki halda rəsmi Vaşinqton Ukrayna cəbhəsindən savayı başqa bir istiqamətə Rusiya ilə toqquşmaq istəmir. Çünki ABŞ qarşında Rusiyadan daha böyük Çin təhdidi var. Rəsmi Vaşinqton ciddi şəkildə bütün gücünü və fəaliyyətini Çini dayandırmaq və zəiflətmək üçün səfərbər etmək istəyir. Bu səbəbdən başqa dövlətlərlə və fərqli istiqamətlərdə aktiv şəkildə münaqişə etmək istəmir".

Mehman
Xəbəri paylaş