Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtdakı tikinti materiallarının satışı mağazasında yanğın olub

Paytaxtdakı tikinti materiallarının satışı mağazasında yanğın olub


9 yanvar tarixində paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospekti, FAB mağazası yaxınlığında yerləşən tikinti materiallarının satışı mağazasında yanğınla müşahidə olunan hadisə baş verib.

Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında Newscenter.az-a bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər. Hal-hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır.

Obyektin qaz təsərrüfatı və yaxınlığında keçən kommunikasiya xətlərində təsbit işləri görülür. Həmçinin Departament rəisi qeyd edib ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.

Mehman
Xəbəri paylaş