Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saatlı sakinindən 6 kiloqram marixuana götürülüb

Saatlı sakinindən 6 kiloqram marixuana götürülüb


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən rayonun Qıraqlı kənd sakini, əvvəllər törətdiyi müxtəlif cinayətlərə görə ümumilikdə 25 il həbs həyatı yaşayan Əfqan Quliyev saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, Ə.Quliyev ötən ilin noyabr-dekabr aylarında, eləcə də yanvarın 7-də rayon ərazisində yerləşən dörd fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmişlərə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurub. Bundan əlavə, qeyd edilən müddət ərzində saxlanılan şəxsin Mustafabəyli KEATS-in xidmət göstərdiyi rayonun Bəylik kəndi ərazisində uzunluğu 1200 metr olan kabel oğurlaması da müəyyən edilib.

Həmçinin saxlanılan zaman polis əməkdaşları tərəfindən Ə.Quliyevin yaşadığı ünvana keçirilən baxış zamanı oradan təmiz çəkisi 6 kiloqram 100 qram olan marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Mehman
Xəbəri paylaş