Şuşa-Xankəındi yolunda aksiyaların başlanmasından sonra Azərbaycan ərazilərindən İrəvana getmək istəyən ermənilərin sayında 1100 dəfədən çox azalma qeydə alınıb.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə hərbi ekspert Ədalət Verdiyev çıxış edib. O bildirib ki, bu rəqəm 36 minə qarşı 35 nəfər təşkil edib.
Ekspert Xankəndi-Laçın yolundakı aksiya ərazisində həkim briqadasının sadə ermənilərə tibbi xidmət göstərməsi mümkünlüyünü də dilə gətirib:
"Bəlkə bu bəhanəni də sıfırlamaq üçün, Azərbaycan Könüllü Həkimlər Assosiasiyası ermənilərə aksiya ərazisində tibbi xidmət üçün təkliflərini hazırlasın və Xankəndində yaşayanlara çatdırsın?".
Anar