Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib

Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib


Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Saatlı 15 saylı ƏPT-nin sədri Vüqar Məmmədov səsləndirib. O bildirb ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati- siyasi məzmun kəsb edir.Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir:

"Eyni zamanda həm qazandığımız medallar,həm idman komplekslərinin tikintisi,həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir".

Vüqar Məmmədovun qənaətincə, idman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcəkdir:

"Məhz bu da bütün dünyada ölkəmizi güclü idman dövləti kimi təsiqləyəcək və bütövlükdə mövqeyimizi gücləndirəcəkdir".

Anar
Xəbəri paylaş