Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Rusiyanın əsəridir

Ermənistan Rusiyanın əsəridir


Erməni baş nazir Nikol Paşinyan, Fransa prezidenti Makrona qarşı xüsusi diqqəti ilə daha çox seçilir. Əslində isə bunu, Fransanın Rusiyaya qarşı yürütdüyü siyasətin hissəsi kimi də qəbul etmək olar. Çünki, son zamanlar Fransa, Ermənistan vasitəsilə Rusiyanın Cənubi Qafqazda olan nüfuzunu və Rusiyanın qurduğu KTMT-nin nüfuzunu aşağı salmaq cəhdləri ilə məşğuldur və qəbul etmək lazımdır ki, buna müəyyən qədər nail ola bilib.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Fransa hökumətinin və xüsusilə də Makronun, bu siyasəti Abş və bəzi Avropa ölkələrinin əksəriyyətində məqbul hesab edilir və bəyənilir:

"Məhz Ermənistana qarşı Fransanın təəssübkeşliyi də bu səbəbdən, müttəfiqləri tərəfindən müsbət sayıla bilər. Əslində bu müsbət münasibət heç də Azərbaycana qarşı mənfi düşüncədən qaynaqlanmır, demək olar. Bütün bunların qaynağı kimi Rusiyaya qarşı olan münasibətləri göstərmək daha doğru olardı. Son günlər Rusiyanın əleyhinə təşkil olunmuş mitinqlərdə, Rusiyanın hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması tələbi, heç də təsadüfi deyil".

Ekspertin sözlərinə görə, bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti artıq açıq şəkildə Rusiya düşmənlərinin sifarişlərini həyata keçirməklə məşğuldur:

"Bütün bunlar Rusiyanın siyasi dairələrinin gözündən qaça bilməz. Bu kimi hərəkətlər, Rusiyanı Azərbaycana qarşı daha sərt olmağa məcbur qoyacağını düşünən, Abş və Rusiya arasında manipulyasiya etməyə cəhd göstərən Ermənistan hökumətini, Laçın dəhlizində Azərbaycanın daha bir ciddi səbəblər yaradan addımı ilə qarşı qarşıya qoydu. Fransanın Ermənistan üzərindən Rusiyaya qarşı yürütdüyü siyasətin ağır bədəlini, Rusiya Ermənistana bağışlamaz, bu birmənalıdır. Çünki, Rusiyanın siyasi dairələrində hamı bilir ki, Ermənistan Rusiyanın əsəridir və onu öz malı kimi istifadə etmək hüququna malikdir".

Anar
Xəbəri paylaş