Ötən hər gün cənub qonşumuz İran ətrafında müxtəlif proseslər cərəyan edir və müşahidələrimiz bizə onu deməyə əsas verir ki, fars rejimi üçün çəmbər daralmaqdadır. Ukraynaya təcavüzü Rusiyanı beynəlxalq aləmdə qınaq obyektinə çevirdiyi zamanda Tehran hakimiyyəti Moskvaya hərbi yardım etməklə bir başa olaraq işğala dəstək vermiş oldu.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Kreml hərbi siyasi rəhbərliyi Ukraynanın sivil yaşayış məntəqələrini, enerji infrastrukturunu, həyatı əhəmiyyətli tikililəri məhz İran istehsalı Şahid dronları vasitəsilə hədəf alır:
"İranın Rusiyaya hərbi yardımını müharibədə iştirak kimi qiymətləndirən qərb, İrana qarşı yeni sanksiyalar tətbiq etməyi nəzərdən keçirir. Həmçinin qəti anti-İran mövqeyi ilə seçilən Benyamin Netanyahunun İsraildə yenidən hakimiyyətə gəlməsi xüsusilə ABŞ siyasiləri arasında anti -İran meyllərinin artmasına təkan verəcək. İsrail və Amerika münasibətləri hər kəsə bəllidir və yəhudi lobbisinin ABŞ siyasətinə təsir imkanlarını kifayət qədər genişdir".
Pərviz Mirizadə qeyd edir ki, son dövrlər İranın, əsas iqtisadi tərəfdaşı olan Çinlə də münasibətlərində soyuqlaşma hiss olunur:
"Əsas səbəb isə Pekinin Səudiyyə Ərəbistanı başda olmaqla ərəb dövlətləri ilə yaxınlaşmasıdır. Pekin- Əl-Riyad əlaqələrinin yüksələn xətlə inkişaf etməsi fars rejiminin siyasi maraqları ilə üst-üstə düşmür. Həmçinin rəsmi Tehranın qonşu ölkələrlə də münasibətləri heçdə yaxşı deyil. Xüsusilə rejimin Türkiyə-Azərbaycan və Səudiyyə Ərəbistanına qarşı düşmənçilik meylləri artmaqdadır. İstər daxili çaxnaşma, istərsə də xarici siyasətdə etdiyi səhvlər, gələcək zamanda molla rejimi üçün heçdə yaxşı nəticələr vəd etmir".
Mehman