Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması barədə imzaladığı sərəncamın təhsil və səhiyyə işçilərinə də şamil edilib-edilməyəcəyi ilə bağlı müxtəlif fikirlər səslənir. Bəs görəsən, dövlət başçısının məlum sərəncamı əsasında qeyd edilən sahələrdə çalışan vətəndaşlarımızın da əməkhaqqı artacaqmı?
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar olacaq:
"Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları gözlənilir. Bu isə o deməkdir ki, fevralın 5-dək həmin qurumların da yeni əmək haqqı cədvəllərini təsdiq üçün təqdim edəcəkləri gözləniləndir. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq".
Mehman