Uzun illərdir ki, biz atəşkəs rejimində düşmənin neçə dəfə "atəşkəsi pozduğu" statistikasının aparılması haqqında məlumatlar alırdıq. Nəhayət ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgər, zabitlərinin qanı, canı hesabına ərazi bütövlüyümüzü qismən təmin edə bildik.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən sabiq millət vəkili Nazim Bəydəmirlinin qənaətincə, millətin qaməti azacıq düzəlmişdi ki, indi də Laçın dəhlizindən neçə maşın keçməsinin statistikasını aparırıq.
Nazim Bəydəmirli deyir ki, "sülhməramlılar" adı altında işğalçı ordunun maşınları da separatçı-terrorçu dəstələrinə silah-sursat, ərzaq və digər lazım olanları tədarük edir.
Anar