“Məlum olduğu kimi bu il Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Məhz bu səbəbdəndir ki, 2023-cü ilin ilk günlərindən etibarən Türkiyə ciddi anlamda bir seçim atmosferinə daxil olub”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Anka Türk Birliyinin sədri Derya Akdemir səsləndirib. O bildirib ki, seçkilərə rəsmən start verilməsə də, lakin daxildən və xaricdən müəyyən təzyiqlər hiss edilməkdədir:
“Daxildə ölkəni qarışdırmaq istəyən xain güclər və bu prosesi kənardan idarə etmək niyyətinə düşən süpürgəçlər bu prosesdə fəal rol oynayırlar. Ancaq artıq onlar da görürlər ki, Tükriyə əvvəlki Türkiyə deyil və kimsənin tapşırığı ilə hərəkət etmir. Təbii ki, bu da həmin gücləri Türkiyəyə qarşı daha barışmaz olmağa sövq edir”.
Derya Akdemir qeyd edib ki, xain güclər qarşılarında 10-15 ilin Türkiyəsi olmadığını görüncə türk millətinin həssas nöqtələrinə toxunaraq gərginlik yaratmaq istəyirlər:
“Dəyərlərimizə, adətlərimizə, ənənələrimizə, adətlərimizə hücum edən bu qüvvələr ailə quruluşumuzun altına bomba qoyur və bizi həyat standartlarımızdan çıxararaq qlobal və idarə olunan dünyanın bir parçası olmağımızı istəyirlər. Amma bir şeyi anlamırlar, türk canından vaz keçər, amma onu yaradan dəyərlərdən heç vaxt vaz keçməz, vaz keçə bilməz”.
Derya Akdemir bildirib ki, bu gün daxildə, daxili siyasətdə satqınların olması heç vaxt türk kimliyinin, türk adət-ənənəsinin yox olması demək deyil:
“Fərqi yoxdur, Avropa və Amerika ölkəmizə istədikləri qədər təzyiq göstərsələr, türk millətinin azad iradəsinin qabağına çıxa bilməyəcəklər. Türk milləti seçki qutusu önündə bu satqınlara ibrət dərsi verəcək və atalarından gələn Böyük Ruhla varlığını davam etdirəcək”.
Anar