Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2022-ci ildə BMqT-nin dəstəyi ilə 907 nəfər könüllü olaraq ölkəyə qayıdıb

2022-ci ildə BMqT-nin dəstəyi ilə 907 nəfər könüllü olaraq ölkəyə qayıdıb


BMqT, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam etmişdir. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir.

Newscenter.az xəbər verir ki, BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Avstriya, Almaniya, Belçika, Çexiya, Estoniya, İspaniya, Niderland Krallığı, Latviya, Litva, Macarıstan, Moldova, Polşa, Yunanıstan və İsveçrədən könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.

2022-ci il ərzində BMqT-nin dəstəyi ilə 907 nəfər könüllü olaraq ölkəyə qayıtmışdır. Qayıtmış şəxslər ən çox Moldova (545), Almaniyadan (241 nəfər), Niderland Krallığından (66 nəfər), Polşa (15 nəfər) və Avstriyadan (14 nəfər) olmuşdur.

KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilmiş, bunun nəticəsi olaraq ümumilikdə 501 nəfər yardımlardan faydalanmışdır.

BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 501 nəfərdən 29 nəfərə nağd, 224 nəfərə qeyri-nağd şəkildə, yerdə qalan 248 nəfərə isə həm nağd, həm də qeyri-nağd şəkildə yardım olunmuşdur. Qeyri-nağd şəkildə yardım çərçivəsində könüllü olaraq geri qayıdan şəxlərə müvəqqəti mənzil təminatı, kiçik biznesin qurulması, maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), tibbi yardım və təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.

KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilmişdir. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurmuşlar.

Mehman
Xəbəri paylaş