Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır


Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il oldu. Bütövlükdə isə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi. Eyni zamanda Azərbaycanın dinamik inkişafı təmin olundu.

Newscenter.az xəbər verir ki, bu fikirləri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin İD və Siyasi Şurasınınü üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir:

"Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olundu. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazandılar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etdilər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci oldu. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görüldülər".

Könül İsmayılova qeyd edib ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır:

"Bununla yanaşı gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq. Onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti də gənclər idi".

Anar
Xəbəri paylaş