Laçındakı Həkəri çayı sahilində turizm zonası yaradılması ilə bağlı irəli sürdüyü təşəbbüs əsasında Polşada fəaliyyət göstərən azərbaycanlı iş adamı, Sevara Groupun rəhbəri Rəşad Quliyev İqtisadiyyat Nazirliyinə dəvət edilib.
Newscenter.az xəbər verir ki, bu barədə özü məlumat verən şirkət rəhbərinin sözlərinə görə, Nazirliyin - Ərazilərin bərpası və inkişafı idarəsinin rəhbərliyi səviyyəsində görüş keçirilib:
“Layihəmdə niyə iddialı olduğumu və ümümilikdə Cənubi Qafqazda bir ilk olacaq ekopark layihəm haqqında geniş məlumat verdim. Hər bir xırda detallar müzakirə oldundu”.
Rəşad Quliyev qeyd edib ki, Laçın şəhərinin biləvasitə olaraq Həkəri çayının turizm potensialının yüksək olması səbəbi ilə bir çox standart paket layihələrin (Hotel, restoran və s.) təklif edildiyini bildirsələr də, onun təqdim etdiyi layihənin ərazi üzrə iqtisadi cəhətdən daha dayanıqlı hesab edildiyinin şahidi olub:
”Bu o deməkdir ki, müəyyən sənədləşmə prosedurlarından sonra əraziyə baxış keçirərərək yerin müəyyən edilməsi və yaz aylarının sonu işlərə başlanılmasına ümid edə bilərik. Cənab Prezidentin sahibkarlara qayğısı həmişə tərəfimizdən hiss olunub və yüksək qiymətləndirilib. Nəticə etibarı ilə də bizlər də dövlətimizə dayaq olaraq, işğaldan azad edilmiş ərazilərdə həm dövlətin həm də öz iqtisadi kommersiya maraqlarımızı əsas tutaraq yeni iş yerlərinin yaradılmasını təmin etməliyik”.
Anar