Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Azərbaycanın NATO və Aİ ilə əlaqələrinin genişlənməsində İtaliyanın töhfəsini yüksək qiymətləndirib

Prezident Azərbaycanın NATO və Aİ ilə əlaqələrinin genişlənməsində İtaliyanın töhfəsini yüksək qiymətləndirib


Prezident İlham Əliyev Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsində İtaliyanın verdiyi töhfəni yüksək qiymətləndirib.

Newscenter.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bunu İtaliyanın müdafiə naziri Quido Krosettonu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanla İtaliya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlıq aparılır.

Prezident, bununla yanaşı, Cənub Qaz Dəhlizinin səmərəli fəaliyyətini vurğulayıb.

İlham Əliyev Quido Krosettonun Azərbaycana səfərinin həm ölkələrimizin aidiyyəti qurumları arasında, həm də daha geniş mənada əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlığını ifadə edib.

Mehman
Xəbəri paylaş