"Prezidentin düz iki saat yarımdan artıq davam edən dünənki müsahibəsini 2022-ci ilin siyasi və iqtisadi anlamda yekunları və 2023-cü ilin proqnozları da adlandırmaq olar".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. İqtisadçı qeyd edib ki, müsahibə zamanı diqqətini daha çox cənab Prezidentin açıqladığı statistik məlumatlar cəlb etdi:
"Əvvələ ona görə ki, adətən bəzi məlumatlar aidiyyatı qurumlar tərəfindən vaxtında açıqlanmadığı üçün burada səsləndirilən bəzi məlumatlar bizim üçün çox əhəmiyyətli idi. İkinci bir diqqəti cəlb edən məqam isə prezidentin 100-dən artıq bu iqtisadi statistikanı hansısa kağıza baxmadan yadında saxlaması və dəqiq ifadə etməsi idi. Düşünürəm ki. bütün iqtisadi prorseslərin mərkəzində dayanmadan bunu əzbərləmək mümkün deyildi".
Eldəniz Əmirov onu da bildirib ki, müsahibə zamanı bir çox iqtisadi anonslar verildi:
"Məsələn, İonika-Adriatik dənizi layihəsi və Albaniyada qaz şəbəkəsinin yaradılması haqqında verilən məlumat Azərbaycanın Avropada mövqeyini möhkəmləndirək, Balkanlarda Azərbaycanı gücləndirəcək layihələrin anonsu idi.
Rusiyanın silah bazarından çıxması və Azərbaycanın bu bazarında mövqeyinin genişlənməsinə dair açıqlama isə əslində ölkənin silah sənayesinin perspektiv hədəflərindən bir xəbər idi. Azərbaycanı guya Rusiya qazını idxal edərək, sonra Avropaya satmaqda günahlandıranlara da cənab Prezident dəqiq idxal-ixrac statistikası ilə verdiyi cavab, həm də Azərbaycana qaz lazım olduğu 2006-2007-ci illərdə Rusiyadan Azərbaycana “əl tutulmadığını” lazımı dairələrə çatdırılması idi. Hansı ki, o vaxt Rusiyadan qaz alışına son qoyuldu".
İqtisadçı deyib ki, Transxəzər layihəsinə də münasibəti birməmalı oldu:
"Azərbaycana müraciət edilmədən təşəbbüs etməyəcəyini bildirdi. Və digər 10-dan artıq ölkə iqtisadiyatı üçün önəmli anons sadalandı. Əslində bunların hər biri ayrı-ayrılıqda saatlarla şərh ediləcək mövzudur. Amma mənim üçün Prezidentin gələcək haqqında özündən ən böyük informasiya daşıyan ifadəsi isə bu oldu: “Sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar (ermənilər) burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”. Bu ifadədə bir kitab gözəl məlumat var".
Anar