Sülh müqaviləsinin imzalanması ilə əlaqədar lüzumsuz bəyanatlar səsləndirmək - ön şərt irəli sürmək, prosesə üçüncü qüvvələrin daxil olması barədə danışmaq Ermənistana siyasi və iqtisadi itkilər bahasına başa gəlir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Nurlan Qələndərli səsləndirib. Onun sözlərinə görə, “İrəvan zaman qazanmağa çalışır” deyilir. Lakin bu "qazanc" mütləq itkiyə bərabərdir:
"Başqa sözlə, "pirr qələbəsi"dir, olan-qalanı da tamamilə itirməkdir - iqtisadi tənəzzülün sürətlənməsi, geosiyasi təcridin və siyasi xaosun dərinləşməsidir. Bir sözlə, "zaman qazanmaq" İrəvan üçün vaxt itkisi deməkdir. Çünki regionda saatlar Bakı vaxtı ilə qurulur!".
Anar