Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya nüvə silahından istifadə etmək məcburiyyəti ilə üz- üzə qalacaq

Rusiya nüvə silahından istifadə etmək məcburiyyəti ilə üz- üzə qalacaq


"Rusiya- Ukrayna müharibəsinin ilk dönəmlərində ABŞ və müttəfiqləri hərbi əməliyyatların bitməsində maraqlı deyildi. Çünki qərbin əsas rəqiblərindən biri olan Rusiya, Ukrayna cəbhəsində adətən bataqlığa düşmüş təsiri bağışlayır və Kremlin üzləşdiyi situasiya ən çox ABŞ- ın işinə yarayırdı. Lakin indiki halda qərbin Ukrayna siyasətində fərqli gedişlər müşahidə edirik".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Amerika və müttəfiqləri Ukrayna müharibəsinin tez bir zamanda bitməsini istəyir:

"Lakin əsas nüans ondan ibarətdir ki, qərb Ukraynadan çəkilsə, Rusiya çətin də olsa öz məqsədlərinə nail olacaq. Çünki hər nə qədər Ukrayna ordusu əzmlə mübarizə etsə belə əsas silah tədarükü qərbdən gəlir və hərbi təchizat olmadan ordu müharibə apara bilməz. Rusiyanın Ukrayna üzərində qələbə qazanması istər ABŞ, istərsə də Avropa üçün arzuolunan hal deyil və müttəfiqlər üçün heç də yaxşı nəticələri olmaz. Bu səbəbdəndir ki, ABŞ, Fransa, Britaniya, Almaniya, Ukraynaya müharibənin gedişatını dəyişmək iqtidarında olan silahların tədarükünə başlayıb. Alçaq, orta, yüksək radius HHM sistemləri, yeni nəsil reaktiv yaylım atəşi sistemləri, piyadaların döyüş maşınları, radio elektron mübarizə sistemləri kimi hərbi avadanlıqlarla Kiyev təmin ediləcək".

Pərviz Mirizadə qeyd edib ki, Qərbin böyük həcmdə silah yardımı cəbhədə Moskvanın işini çətinləşdirəcək və küncə sıxılmış Rusiya, müharibə zonasında nüvə silahından istifadə etmək məcburiyyəti ilə üz- üzə qalacaq:

"Çünki eyni ssenari Rusiya üçün də keçərlidir. Rusiyanın Ukrayna müharibəsində uduzması ölkə daxilində parçalanmaya səbəb ola bilər. Hadisələrin bu gedişlə inkişaf etməsi gələcək üçün nikbin heç nə vəd etmir və qarşıdakı dönəm müharibənin gedişatında həlledici ola bilər".

Anar
Xəbəri paylaş