Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi telefon danışığında bölgədəki nəqliyyat layihələrini müzakirə ediblər.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı enerji, nəqliyyat və logistika sektorlarında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi müzakirə edilib.
Putin və Rəisi Suriya nizamlanmasında əsas rol oynayan Astana prosesi çərçivəsində koordinasiyanı müsbət qiymətləndiriblər.