Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyaya niyə zaman verilir, yoxsa həqiqətən sövdələşmə var?

Rusiyaya niyə zaman verilir, yoxsa həqiqətən sövdələşmə var?


Rusiyanın Ukraynaya təcavüzü sivil dünya tərəfindən bir mənalı qarşılansa da edilən reaksiya hələ də özünü doğrultmayıb, lazımi nəticə verməyib. Proseslərin gedişi böyük güclərin Rusiya ilə gizli sövdələşməsi barədə fikirlərə inamı artırır. Hətta Tehran dövlətinin Rusiya - Ukrayna müharibəsinə Rusiya tərəfindən faktiki qoşulmasına da gözlənilən refleksi vermədi.

Sözsüz ki, Qərb öz oyunu üçün istənilən dövlətdən istifadə etməyə və sonda da onu qurban verməyə hazır olan tərəf olması mübahisə edilən mövzu deyil. Bəli, ABŞ başda olmaqla Qərb Rusiyanın elə öz işğalçılıq mahiyyətindən istifadə edərək onu Ukrayna avantyurasına çəkdi. Təbii ki, Ukraynanın hərbi qələbəsini tezləşdirən lazımi hərbi yardımı gözləmək sadəlövhlükdür. Müharibəni Ukrayna xalqı ancaq öz daxili potensialı, texniki imkanları əsasında uda və ya onu qane edən razılaşmanı qazana bilər.

Rusiya - Ukrayna müharibəsində Qərbin Rusiyaya qarşı hərbi məğlubiyyətini gətirən, yaxud Putin hakimiyyətinə son verə biləcək təsir və təzyiqlərin lazımi dərəcədə olmaması və müharibənin uzanması tamamilə Qərbin hesabladığı nəticəni dəyişə bilər. Prosesin uzanması Rusiyanı daha da hazırlıqlı olmağa vəziyyəti öz xeyrinə dəyişməyə imkan verir. Sözsüz ki, müharibənin uzanması nəticə etibarı ilə Rusiyanı öz geniş imkanlarından istifadə etməklə vəziyyəti öz xeyrinə dəyişə bilər.

Açığı gedişat da onu göstərir və sözsüz ki, Qərb bunu görməyə bilməz, məsələ elə burasındadır. Qərb hiss edilən razılaşmanı Rusiya ilə sövdələşibsə onda Ukrayna xalqına belə zülm verən Rusiyanın Qərblə eyniliyi göz qabağındadır. Bu halda Ukrayna bir neçə cəbhədə vuruşmalıdır, həm də siyasi-diplomatik istiqamətdə. Qısası, müharibəni uzatma Rusiyanın da xeyrinə işləyir və bunu görmək istəməyən də elə Ukraynanın düşmənidir. Ukrayna bu məsələnin həllində isə yeganəTürkiyənin səmimiyyətinə arxalana bilər.

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas
Xəbəri paylaş